Məşhurların 1 İyun SEVİNCİ – FOTO

Azərbaycanda və bir çox ölkələrdə 1 İyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması sosial şəbəkələrdə də hiss olunub.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, musiqi, kino və digər sahələrin tanınmış simaları sosial şəbəkədə övladları ilə şəkillərini paylaşaraq onlara təbriklər ünvanlayıb.

Şəxsi həyatını mediadan gizli saxlamağa üstünlük verən Xalq artisti Zülfiyyə Xanbabayeva qızı ilə şəklini instaqramda paylaşıb və ürək sözlərini belə ifadə edib:

“Həyatın ən əziz varlıqları balalarımızdır. Sizin gününüz tək bu gün deyil, varlığınız valideynləriniz üçün hər gün bayramdır. Hər bir övladın həyatın çətinlikləri qarşısında səbirlə, inamla irəliləməsini arzu edirəm. Tanrıdan balalarımıza sağlam, xoşbəxt və uğurlu həyat diləyirəm”.

Xalq artisti və tanınmış işadamı Emin Ağalarov, aktyor İlkin Həsəni, aparıcı Vüsalə Əlizadə, Safura Əliyeva, müğənni Ayan Babakişiyeva, aparıcı Zaur Baxşəliyev və başqaları övladları ilə video və şəkillərini instaqramda paylaşıb.

Share: