Məşhur türkiyəli aktyor xəstəxanaya yerləşdirildi

“Yeşilçam”ın usta aktyoru Yılmaz Qruda xəstəxanaya yerləşdirilib.

Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun meneceri məlumat verib.

92 yaşlı aktyorun bir müddətdir səhhətində yaranan problemlərlə bağlı müalicə aldığı bildirilib.

Qruda “Menajerimi Ara”, “Bez Bebek” kimi məşhur seriallarda da rol alıb.

Qeyd edək ki, aktyor son olaraq “Netflix”də yayımlanan “Şahmaran” serialı ilə tamaşaçıların qarşısına çıxıb.

Share: