Məşhur rok qrupu vida turunu elan etdi

Amerikalı rok qrupu “Aerosmith” vida turu keçirəcəklərini açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə məlumat komandanın Twitter səhifəsində yerləşdirilib.

“50 ildən sonra 10 dünya turu və 100 milyondan çox pərəstişkar üçün çıxışlar, son təkanın vaxtı gəldi”, – deyə mətndə qeyd olunub.

Tur “Peace Out” adlanır. Sosial şəbəkədəki posta əlavə edilən afişaya görə, tur 2023-cü il sentyabrın 2-də Filadelfiya ştatında başlayacaq və 26 yanvar 2024-cü ildə Monrealda başa çatacaq.

Qeyd edək ki, “Aerosmith” 1970-ci ildə Steven Tyler (Tallarico), Joe Perry və Tom Hamilton tərəfindən yaradılıb, daha sonra gitaraçı Brad Whitford və nağaraçı Coey Kramer da qrupa qoşulub. Komanda dörd Grammy mükafatının sahibidir. 2001-ci ildə qrup Rock and Roll Şöhrət Zalına daxil edilib. “Rolling Stone” jurnalı qrupu bütün zamanların 100 ən böyük musiqiçisi siyahısına daxil edib.

Aerosmith анонсировала прощальный тур после 50 лет на сцене — РБК

Share: