Məşhur reper 72 saatdan sonra dağıntılar altından çıxarıldı

Əsl adı Hikmət Ağca olan məşhur türkiyəli reper Knock Out 72 saat sonra dağıntılar altından xilas edilib.

Kulis.az xəbər verir ki, o, xilas edildikdən sonra instaqramda video paylaşaraq başına gələnləri danışıb.

“Əziz dostlar, telefonu yeni əlimə aldım. Buralar çox bərbad vəziyyətdədir. Mən xilas olan şanslı adamlardan biriyəm. 72 saat sudiyanın altındakı zirzəmidə 3 metrlik divarın altında qaldım. Allah razı olsun, “AFAD” əməkdaşları xilas etdi. Çox adam yazıb, zəng edib. Allah hamınızı qorusun. İndi yaxşıyam, burnum belə qanamayıb” deyə, sənətçi bildirib.

Share: