Məşhur rejissor vəfat etdi

Rusiyalı rejissor və ssenarist Qriqori Lyubomirov 69 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Qriqori Petroviç Lyubomirov 22 noyabr 1953-cü ildə Leninqradda anadan olub. 1985-ci ildən kinematoqrafiya sahəsində çalışmağa başlayıb.

Lyubomirov bir çox sənədli filmlər çəkib. Sənətçi eyni zamanda “Kulagin və tərəfdaşları” serialının rejissoru və ideya müəllifi olub.

Share: