Məşhur qrupun vokalisti vəfat etdi

“Drifters” qrupunun vokalisti Çarli Tomas 85 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

Tomasın dostu, müğənni Peter Lemongello Jr. onun ölüm səbəbinin qaraciyər xərçəngi olduğunu bildirib.

Müğənni təxminən 60 il qastrol səfərində olub. Qrup “There Goes My Baby”, “Under The Boardwalk”, “Up on the Roof” və “Saturday Night at Movies” kimi hitləri ilə tanınıb.

Share: