Məşhur qrupun həmtəsisçisi vəfat etdi

Məşhur “LFO” qurupunun qurucu üzvü Brayan “Brizz” Gillis 47 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə musiqiçi Brad Fischetti sosial şəbəkədə məlumat verib.

“Hər bir hekayə fəsillərdən ibarətdir. Bəziləri davam edir bəziləri isə yarım qalır. Onları beynimizə həkk etməliyik. “LFO” hekayəsinin ilk iki fəsli də dünən öz əsas xarakterini itirdi”, – deyə vokalçı bildirib.

Musiqiçi Gillisin ölüm səbəbi ilə bağlı “heç bir təfərrüata”ın məlum olmadığını və həmçinin bir neçə musiqiçisinin ölümünün “LFO” üçün faciə olduğu qeyd edib.

1995-ci ildə Massaçusetsdə Gillis, Fischetti və mərhum Rich Cronin tərəfindən yaradılan qrup bu günə qədər qrup 4 milyondan çox albom satıb və “Summer Girls” və “Girl On TV” hitləri ilə tanınıb.

Qeyd edək ki, qrupun yaradıcılarından olan Gillis 1999-cu ildə solo karyera qurmaq üçün qrupdan ayrılıb. Cronin isə 2010-cu ildə leykemiya ilə mübarizə apardıqdan sonra 36 yaşında vəfat edib.

Original LFO Member Brian 'Brizz' Gillis Dead

Share: