Məşhur müğənni vəfat etdi

“Pointer Sisters” qrupunun yaradıcısı, R&B musiqisinin əfsanəvi müğənnisi Anita Pointer vəfat edib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, 74 yaşlı müğənni Los-Ancelesdəki evində ailəsinin yanında dünyasını dəyişib. Müğənninin uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Anita digər üç bacısı ilə birgə “Pointer Sisters” qrupu adı ilə 50 il əvvəl ilk dəfə Kaliforniyada atalarının keşiş kimi fəaliyyət göstərdiyi kilsədə mahnı ifa edərək musiqi həyatına başlayıblar. 1973-cü ildə onların ilk albomu işıq üzü görüb.

Qrup 1974-cü ildə“Fairytale” mahnısı ilə Grammy mükafatı qazanıb.

Share: