Məşhur müğənni vəfat etdi

Kanadalı bəstəkar və ifaçı Qordon Laytfut 84 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi CBS telekanalı məlumat yayıb. Ölümün səbəbi hələ açıqlanmayıb. CTV-nin məlumatına görə, Laytfut bazar ertəsi axşam xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Qordon Laytfud 17 noyabr 1938-ci ildə anadan olub. 1960-cı illərin əvvəllərində folk janrında məşhurlaşıb. “Sundown” mahnısı məşhur Billboard 200 chart-ın siyahısına daxil edilib və uzun müddət yerini qorumağı bacarıb.

Share: