Məşhur müğənni bu səbəbdən tviteri tərk edir

Britaniyalı əfsanəvi müğənni və bəstəkar Elton Con tviterdən istifadəni dayandıracağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda müğənni sosial şəbəkə hesabından açıqlama yayıb.

Musiqiçi bu qərarın səbəbini açıqlayarkən sosial şəbəkə sahiblərinin yeni siyasətinə eyham vurub:

“Həyatım boyu insanları bir araya gətirmək üçün musiqidən istifadə etməyə çalışmışam. İndi dünyamızı parçalamaq üçün dezinformasiyadan necə istifadə edildiyini görəndə çox üzülürəm. Son dəyişiklikləri nəzərə alaraq, mən daha tviterdən istifadə etməyəcəm”, – o, qeyd edib.


Share: