Məşhur modelyer intihar etdi

İtaliyalı rəssam, şairə, kinorejissor və modelyer Virciniya fon Furstenberq 48 yaşında intihar edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hadisə mayın 10-da Meranodakı “Palas” otelində baş verib. Virciniya fon Furstenberqin cəsədi oteldən kənarda tapılıb. Polis faciədə üçüncü şəxslərin iştirakını istisna edib.

Virciniya fon Furstenberq 5 oktyabr 1974-cü ildə Genuyada Şahzadə Sebastian zu Fürstenberq və Elisabetta Quarnatinin ailəsində anadan olub. O, moda markası Virginia Von Zu Furstenberg-in yaradıcısıdır. İlk kolleksiyası yalnız Milan, Florensiya və Romadakı butiklərdə satılıb.

2011-ci ilin sentyabrında fon Furstenberg söz, moda, film, hərəkət və rəqsi birləşdirən Dismorfofobiya adlı teatr əsərində debüt edib. İkinci kolleksiyasını 23 sentyabr 2011-ci ildə Milano Moda Donna-da təqdim edib. Virciniya fon Furstenberq ulu nənəsi Virciniya Burbon del Montenin həyatından bəhs edən film çəkmək üçün Tommaso Truck ilə əməkdaşlıq edib.

2017-ci ildə fon Furstenberg anasına həsr etdiyi “Gözəl bir ev var idi” adlı art-instalyasiya yaradıb və Venesiyanın Grossetti Arte qalereyasında nümayiş etdirib.

Share: