Məşhur kanadalı rejissor kariyerasını bitirir

Məşhur kanadalı rejissor Xavier Dolan son filmləri uğursuzluqla nəticələndiyi üçün artıq iş həyatına davam etmək fikrində olmadığını açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rejissor, həmçinin qeyd edib ki, incəsənət faydasızdır, özünü kinoya həsr etmək isə vaxt itkisidir. Heç kimin baxmadığı bir layihəyə vaxt itirmək istəmirəm.

Xatırladaq ki, Dolan “Mən Anamı öldürdüm”, “Təsəvvür edilmiş sevgi” və digər məşhur filmlərin rejissoru olub.

Share: