Məşhur Hollivud ulduzu vəfat etdi

Hollivud ssenaristi və prodüseri Gordon T. Dawson 84 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Nəşrin məlumatına görə, Dawson xroniki xəstəlik səbəbindən vəfat edib.

Sənətçi Hollivudda karyerasına uşaq ikən başlayıb – televiziyada çıxış edib, lakin aktyorluq karyerasını qura bilməyib.

Buna baxmayaraq, o, ekranın digər tərəfində uğur qazanıb. Ssenari müəllifi olaraq “Star Trek: Deep Space 9” və “Cool Walker” kimi uğurlu layihələr üzərində işləyib. Dawson təkcə ssenarist deyil, həm də prodüser çalışıb.

Televiziya karyerasına 1968-ci ildə ABC kanalında “Afrikada kovboy” serialının dörd seriyasını yazaraq başlayıb. O, “The Rockford Files”ın 13 epizodunu yazıb və 18 epizod yazdığı “Bret Maverick”in prodüseri olub. Dawson Amerikanın Qərb Yazıçıları “Silver Spur” mükafatına və “Qərb İrsi Wrangler” mükafatına layiq görülüb.

Dawsonun həyat yoldaşı Ceyn 2016-cı ildə vəfat edib. Sənətçidən geriyə oğlu Maykl, gəlini Ketlin, nəvələri Tayler və Eşli və qardaşı Tomas və Piter qalıb.

Gordon T. Dawson – Movies, Bio and Lists on MUBI

Share: