Məşhur “Girl From Ipanema” hitinin ifaçısı vəfat etdi

Məşhur “Girl From Ipanema” hitinin ifaçısı, bossa nova janrının ən parlaq ulduzlarından biri, müğənni Astrud Gilberto 84 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Astrud 1940-cı ildə Braziliyada anadan olub və 1959-cu ildə musiqiçi João Gilberto ilə evlənib. 1963-cü ildə Nyu York studiyasında onunla birlikdə “Girl From Ipanema” mahnısını yazıb.

1964-cü ildə portuqal dilində oxuyan Xuanın ifasından sonra trek hitə çevrilib, ABŞ-da ən yaxşı 5, Böyük Britaniyada isə ən yaxşı 30 mahnıya daxil edilib. Gilberto “Ən yaxşı qadın vokal” kateqoriyasında Qremmi mükafatına da namizəd olub.

Share: