Məşhur fransız aktrisası vəfat etdi

Fransalı aktrisa-müğənni və rəqqasə İvon Konstant vəfat edib.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika səhnəsini fəth etməyi bacaran sənətçi 93 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, İ.Konstant “Maksima”, “Gigot”, “Günahlar”, “Notre Dame Katedrali” kimi məşhur film və seriallarda rol alıb.

Share: