Məşhur filmdəki ayaqqabıları oğurlayan tapıldı

Klassik filmlər arasında yer alan “Oz sehrbazı” filmindəki Doroti obrazının geyindiyi ayaqqabıları oğurlayan şəxs FTB tərəfindən yaxalanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 1939-cu ildə çəkilmiş ” Oz sehrbazı” filmində Doroti personajının geyindiyi ikonik ayaqqabılar sənət əsərləri dəyərləndirilib. 2005-ci ildə muzeydən oğurlanan ayaqqabılar 2018-ci ildə FTB tərəfindən ələ keçirilsə də, o vaxt heç kim həbs olunmayıb.

Ötən çərşənbə axşamı FTB 76 yaşlı Terri Martini ayaqqabı oğurladığına görə həbs edib. ABŞ-da Cudi Qarland Muzeyində ayaqqabıları oğurlayan şəxs arxasında heç bir barmaq izi qoymayıb və həyəcan siqnalının çalmasına mane olub. Həmin vaxt ayaqqabıların 3,5 milyon dollar dəyərində olduğu məlum olub.

Xatırladaq ki, hazırda bu ayaqqabılardan cəmi 4 cüt var. Müzikl janrında olan filmdə bu ayaqqabıları Hollivud ikonası Cudi Qarlend geyinib.

FBI, Oz Büyücüsü filminde kullanılan ayakkabıların hırsızını buldu - 2

Share: