Məşhur dramaturq terrora haqq qazandırmaqda ittiham olundu

Rusiyalı dramaturq, 2022-ci ilin “Qızıl maska” mükafatı laureatı Svetlana Petriyçuk Vnukovo hava limanında terrorçuluğa haqq qazandırmaqda ittiham olunaraq saxlanılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, saxlanmaya səbəb rejissor Jenya Berkoviçin yazıçının pyesi əsasında səhnələşdirdiyi “Finist – Aydın Şahin” tamaşası olub. Onun süjeti radikal islam nümayəndələri ilə qiyabi ailə qurmağa və Suriyaya köçməyə qərar verən qadınlar haqqında hekayə üzərində qurulub.

Qeyd edək ki, hazırda Petriyçuk Mərkəzi İnzibati Dairə üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən dindirilir.

Share: