Məşhur cütlüyün toyu oldu..Ərdoğan xeyir-dua verdi…

Dünən müğənni Alişanın toyu olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı Buse Varol adlı aktrisa ilə evlənən 41 yaşlı Alişanın toyunda nikah şahidi dövlət başçısı Rəcəb Tayyub Ərdoğan olub. Türkiyə prezidenti toya xanımı Əminə Ərdoğanla birlikdə qatılıb.

Alişan və Buse Varola tezliklə uşaq sahibi olmağı tövsiyə edən Ərdoğan onlara nəsihətlər verib: “Mənim həmişə bir nəsihətim var. Bir qərib olar, iki rəqib olar, üç taraz olar, dörd bərəkət olar, qalanı da Allah Kərimdir. Güclü millətlər güclü ailələrdən ibarətdir”.

Ərdoğanın bu sözlərini zalda hər kəs alqışlayıb. Nikah mərasimin ardından Prezident Ərdoğan salondan ayrılıb.

Alişanın digər nikah şahidləri iş adamı Murat Bayraq, vəkil Kənan Tekdağ, daxili işlər naziri Süleyman Soylu olub. Buse Varolun nikah şahidliyini isə yoldaşları Müge Öztürk, Sevil Şəkər və Nurhayat Çoban edib.

Cütlüyün toyu məşhur hotellərin birində baş tutub. Toyun dekorasiyası “Saf Məhəbbət” konsepsiyası ilə hazırlanıb. Bu mövzuya görə, toyda sadəcə ağ ilə gümüş rənglərdən istifadə edilib. Buse Varolun gəlinliyi ilə Alişanın bəylik kostyumu “Vakko” moda evindən seçilib.

Toyda cütlüyün ailə üzvləri ilə yanaşı, sənət dünyasının bir çox tanınmış adamları iştirak edib. Qonaqlar Alişan və Buseyə çoxlu sayda Cümhuriyyət qızılı taxıb.

Share: