Məşhur aktyor vəfat etdi

Polşalı aktyor Emilian Kaminski vəfat edib.

Kulis.az xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən 70 yaşlı aktyor Polşanın Yuzefuv şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Emilian Kaminski “Əlvida Mazurka”, “Şeytan”, “Arsenalda əməliyyat”, “Pani Evanın hiylələri”, “Cənazə mərasimi”, “Quş tanqosu”, “Ad günü səyahəti” kimi məşhur filmlərdə rol alıb.

Share: