Məşhur aktyor vəfat etdi

Rusiyalı aktyor və kino tənqidçisi Andrey Dementyev 66 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.

Dementyev 24 may 1957-ci ildə anadan olub. 1980-ci ildə VGİK-in kinoşünaslıq fakültəsini bitirib.1993-cü ildən televiziyada (“Qısa metr”, “Kinematoqraf” verilişləri) işləyib. 1989-cu ildən filmlərdə rol almağa başlayan aktyor daha çox “Qısa oyun” , “Külək səsi”, “Dirk Boqardın vəsvəsəsi”, “Güzgülər” filmlərindəki rolları ilə məşhurlaşıb.

Share: