Məşhur aktyor ölümlə hədələnir

Bollivud ulduzu Salman Xan ölümlə hədələnir.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, qanqsterlərin hədəf siyahısında olan aktyora buna görə Mumbay polisi tərəfindən cangüdənlər verilib. Bu haqda atyor qatıldığı şouların birində bildirib:

“Təhlükəsizlik etibarsızlıqdan yaxşıdır. İndi yolda velosiped sürmək, harasa tək getmək mümkün deyil. Mənim problemim odur ki, tıxacda olarkən orada xeyli mühafizəçi olur, maşınlar başqa adamları narahat edir. Onlar, kasıb fanatlarım da mənə baxırlar. Ciddi təhlükə var”.

Qeyd edək ki, Salman Xan Bollivudun ən tanınmış aktyorlarından sayılır. Kinoda daha çox “Bir pələng vardı” (2012), “Qardaş Bacrangi” (2015), “Sultan” (2016), “Qorxmaz” (2010) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 120-ə yaxın bədii film və seriala çəkilib.

Share: