Məşhur aktyor ağır qəza keçirdi

“Mary Poppins” filminin ulduzu 97 yaşlı aktyor Dik Van Dayk Malibuda (Kaliforniya, ABŞ )avtomobil qəzasına düşüb.

Kulis.az xəbər verir ki, qəza barədə TMZ məlumat yayıb.

Dik Van Dayk “Lexus LS 500” markalı avtomobili idarə edərkən darvazaya çırpılıb. Sənətçi uzun sürən yağışdan sonra küçələrin yaş olması səbəbindən idarəetməni itirib.

Aktyor ciddi xəsarət almayıb – burnundan və ağzından qanaxma olub, beyin silkələnməsi qeydə alınıb, lakin o, həkimlərin köməyindən imtina edib.

Polis qeyd edib ki, Van Dayk alkoqol və ya narkotikin təsiri altında olmayıb.

Dik Van Dayk 1964-cü ildə “Mary Poppins”dəki Julie Andrews rolu ilə film debütü edib. Burada iki fərqli rol- müsbət rol – şən baca süpürgəçisi Bert və mənfi – köhnə bankir cənab Dawes Sr. oynayan aktyor bu rollara görə o, Qızıl Qlobus Mükafatına namizəd olub.

97-летняя звезда фильма «Мэри Поппинс» Дик Ван Дайк попал в ДТП

Share: