Məşhur aktrisa vəfat etdi

“The Addams Family” serialında “Wednesday Addams” rolu ilə tanınan amerikalı aktrisa Lisa Lorinq 65 yaşında vəfat edib .

Kulis.az xəbər verir ki, sənətçinin ölümünün səbəbi insult olub. Lorinq həyatının son üç gününü xəstəxanada həkimlərin nəzarəti altında keçirib.

Liza Lorinq 16 fevral 1958-ci ildə anadan olub. Altı yaşında “The Addams Family” teleserialında “Wednesday Addams” rolunu oynayaraq məşhurlaşıb. 64 seriyadan ibarət olan layihə iki il 1964-cü ildən 1966-cı ilə qədər yayımlanıb.

Aktrisanın filmoqrafiyasına “Fantasy Island”, “Wild Lagoon”, “New Addams Family”, “Halloween” və başqaları daxil olmaqla 20 film və serial daxildir. Onun iştirakı etdiyi son layihə 2015-ci ildə ekranlara çıxan “Doctor Spin” filmi olub.

Актриса Лиза Лоринг, сыгравшая Уэнсдей в сериале «Семейка Аддамс»,  скончалась от инсульта - CT News

Умерла сыгравшая Уэнсдей в «Семейке Аддамс» актриса Лиза Лоринг: Музыка:  Культура: Lenta.ru

Share: