Məşhur aktrisa vəfat etdi

Rusiyalı aktrisa Bella Ko 55 yaşında vəfat edib.

News24.az Rusiya mediasına istinadən xəbər verir, aktrisa Moskvadakı mənzilində dünyasını dəyişib.

Sənətçinin ölümünə səbəb onkoloji xəstəliklər olub.

Ko məşhur “Ölümcül qüvvə”, “Sınıq fənərlərin küçələri”, “Sklifosovski” seriallarında oynayıb. Aktrisa məşhur cizgi filmlərini “Oyuncaq hekayəsi”, “İnanılmazlar”, “Tarzan 2: Əfsanənin başlanğıcı”, “Karib dənizinin quldurları”, “Böyük balıq” və digər filmləri də səsləndirib.

Share: