Məşhur aktrisa ruhi xəstəlikdən əziyyət çəkir

Amerikalı aktrisa Meqan Foks psixi pozğunluqdan əziyyət çəkdiyini bildirib.

Kulis.az xəbər verir ki, sənətçi bu barədə “ET Online”a müsahibəsində danışıb.

Aktrisa bildirib ki, ona bədən dismorfiyası diaqnozu qoyulub – insanın bədənindəki kiçik bir qüsur və ya xüsusiyyətdən həddindən artıq narahat olduğu bir xəstəlik.

“Mən heç vaxt özümü başqalarının məni gördüyü kimi görmürəm. Həyatımda bədənimi sevdiyim bir an olmayıb”, – deyə “Cenniferin bədəni” filminin ulduzu etiraf edib.

Meqan Foks əlavə edib ki, o, ilk görüşdə insanların onun xarici görünüşünə diqqət yetirməsini istəmir: “İstərdim ki, hər kəs mənim auramı görsün, bədənimi yox”.

Share: