Məşhur aktrisa özünə qəsd etmək istədi

Rusiyalı aktrisa, “Hamı öləcək, mən isə qalacağam” filminin ulduzu Olqa Şuvalova intihara cəhd edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

O, intihara cəhd etdiyini etiraf edib. Həkimlər aktrisanın sağalması üçün çalışırlar.

Qeyd edək ki, Şuvalova “Təbiət və sağlamlıq” filmindəki roluna görə “Ən yaxşı ikinci plan aktrisası”, Avropa Kinolarının Brüssel Film Festivalında isə “Hamı öləcək, mən isə qalacağam” filminə görə “Ən yaxşı aktrisa” nominasiyasında mükafatlarına layiq görülüb.

O bundan başqa, “Milli təhlükəsizlik agenti”, “Xüsusi təyinatlılar”, “Sınıq fənərlər küçəsi” kimi məşhur seriallarda rol alıb.

Share: