Məşhur aktrisa haqqında serial çəkiləcək

Amerikalı aktrisa Diana Kruger “Marlen” serialında əfsanəvi aktrisa Marlen Ditrix obrazını canlandıracaq.

Kulis.az xəbər verir ki, ekran əsərini “Mənim anam Marlen” kitabı əsasında türkiyəli rejissor Fatih Akın çəkəcək.

Ekran əsəri “Bombero International” və “UFA Fiction” şirkətləri tərəfindən hazırlanacaq. F.Akın həm də serialın ssenari müəllifi kimi çıxış edəcək.

Aktrisa Diana Kruger bundan əvvəl F.Akınla bir filmdə də çalışıb. Filmdə aktrisa türk ərinin etnik nifrət zəminində öldürülməsinə görə qisas almaq istəyən qadını canlandırıb. Bu rola görə o, 2017-ci ildə Kann Film Festivalında mükafat alıb.

Share: