Məşhur aktrisa atışmada öldürüldü

Sudanlı aktrisa Asiya Əbdülməcid Xartumda baş verən atışmada öldürülüb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, keçən il 80 yaşında olan aktrisa teatr tamaşaları ilə məşhurlaşıb.

Ailəsi deyir ki, onu qəbiristanlığa aparmaq çox təhlükəli olduğuna görə atəş açıldıqdan bir neçə saat sonra işlədiyi uşaq bağçasının ərazisində basdırılıb.

Xatırladaq ki, son günlərdə Sudandakı atışmalarda onlarla insan həlak olub.

Share: