Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sönmüş ulduz” adlı şeirinə bəstələnmiş mahnıya video-çarx hazırlayıb.
Publika.az xəbər verir ki, mahnını mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə Əliyeva ifa edib.
Xatırladaq ki, mərhum nazirin nəvəsi bu yaxınlarda “RU.TV” kanalında yayımlanan, 13-17 yaş uşaqlar arasında keçirilən “Во Весь Голос 2018” beynəlxalq musiqi televiziya müsabiqəsinda qalib gəlmişdi.