“Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq

Yanvarın 20-də saat 16:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası göstəriləcək.

Kulis.az xəbər verir ki, nakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Kərəm Hadızadə, Anar Səfiyev, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Hüsniyyə Əhmədova, Yasəmən Malik, Rövşən Abbasov və başqaları ifa edəcəklər.

Qeyd edək ki, tamaşa yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanıb.

Share: