Məni soruşan olsa… – Günün şeiri

Bu gün 37 yaşında vəfat edən rusdilli, Azərbaycan şairi Aydın Əfəndinin doğum günüdür. Kulis.az “Günün şeiri” layihəsində “Məni soruşan ola” adlı şeirini təqdim edir.

Məni soruşan olsa,

deyərsən ki, yoxdu O.

De ki işə gedibdi,

de ki yoxdu… yoxdu O.

Nahara dəvətlidi, ya görüşə gedibdi,

de ki yoxdu… yoxdu O.

Yaxşı bir tamaşaya kimsə bilet veribdi,

de ki yoxdu… yoxdu O.

Çıxıbdı qarşılasın sökülən dan yerini,

de ki yoxdu… yoxdu O.

Əgər soruşan olsa,

deyərsən ki, yoxdu O –

…gedibdi, qayıdacaq bir də min il sonra o…

Tərcümə: Mahir N Qarayev

Share: