Məmmədlidə yaşayış binasında güclü yanğın başladı — Foto+Video

Abşeronda güclü yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Məmmədli qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb. 

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.


Share: