Məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığı problemi var və buna diqqət artırılmalıdır

Məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığı problemi var və buna diqqət artırılmalıdır.

xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, bu məsələnin həll edilməsi qadınların fəallığının daha da artmasına zəmin yarada bilər.

“2023-cü ildə 6 yeni dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb ki, onların işçi heyətinin 90%-ni qadınlar təşkil edir. Bundan başqa, icma əsaslı məktəbəqədər təhsil qruplarında 860 tərbiyəçi-müəllim çalışır ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. 2023-cü ildə ilk dəfə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçilər müəllimlərin işə qəbulu müsabiqəsi ilə keçirilib və nəticəyə əsasən 244 qadın namizəd müvafiq vakansiyalara yerləşdirilib”.

Share: