Məktəbə bitişik tikili yandı

Şirvan şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Müstəqil.Az -a verilən məlumata görə, şirvan şəhərində ikimərtəbəli orta məktəb binasına bitişik, ümumi sahəsi 150 m² olan tikilinin (bufet, emalatxana və anbar) içərisində 5 m² sahədə stol-stullar qismən yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müstəqil.Az

Share: