Məhbusları aparan vaqon alışdı

Rusiyada yanan otluq sahədən keçərkən məhbusları aparan vaqon alışıb. Bu barədə Rusiyanın regional idarəsi məlumat yayıb.

 

Məlumata görə, Valdivostok-Xabarovsk marşrutu üzrə məhbuslar daşınarkən qatar quru ot ərazisi yanan hissədən keçərkən vaqonun aşağı hissəsi alışıb, tüstülənmə olub.

Karaul rəisi dərhal nəzarəti gücləndirərək, məhbusların təxliyəsini təşkil edib.

Alovun başqa vaqonlara keçməsinin qarşısı alınıb.

Xəsarət alan olmayıb.

Müstəqil.Az

Share: