Məhəmməd Bin Salman Səudiyyə Ərəbistanıda reformaları həyata keçirə biləcəkmi?

Məlum olduğu kimi Səudiyyə Ərəbistanı bu gün yeni vəliəhd seçilmiş (təyin olunmuş da demək olar) Məhəmməd Bin Salman tərəfindən idarə olunur.

Məlumdur ki 83 yaşlı və xəstəlikdən əziyyət çəkən Kral Salman Bin Məhəmməd gündə cəmi iki saat dövlət işlərinə vaxt sərf edə bilir . O,  dövlətin beynəlxalq və daxili məsələlərini bütünlüklə vəliəhdin ixtiyarına buraxıb.

Təbii ki, gənc, enerjili və müasir dünyagörüşə malik olan Vəliəhd də Krallıqda köhnə qaydalarla yaşamağın və dövləti İbn Vəhhab və İbn Səudun tətbiq etdiyi qanunlarla idarə etməyin mümkün olmadığını artıq dərk edir. Görünən budur ki, Vəliəhd Məhəmməd istər din , istərsə də idarəetmə sahəsində köklü dəyişikliklər etmək əzmindədir. O bir neçə dəfə müsahibə və çıxışlarında bunu vurğulamışdır.

Analitiklərin fikrincə bir sıra səbəblərdən Məhəmməd bin Salman öz məqsədlərini həyata keçirməkdə güclü maneələrlə üzləşməkdədir və bu ona heç də asan başa gəlməyəcək.

Birincisi, bu günkü idarəetmə Səudiyyə Ərəbistanında Vəliəhdin iddia etdiyi kimi 30-35 il deyil, 250 ildir ki, hökm sürür və Muhammad  İbn əl- Vəhhabla Muhammad ibn Səud arasındakı müqavilənin nəticəsində əmələ gəlmişdir və 250 ildir ki bu iki sülalələr krallığı birlikdə idarə edirlər. İbn əl-Vahhabın ailəsi bu ölkədə digər tayfa qədər güclü olmasa da , yetərincə nüfuza malikdir. İbn Səud nəslinin nümayəndəsi olaraq təkbaşına reformalara getməyə və qrşı tərəfin hakimiyyətdə təsirinin azalmasına şübhəsiz ki, Səudiyyə cəmiyyətinin digər təbəqəsi ona icazə verməyəcək.

İkincisi, Vəliəhd bu gün Krallıqda baş verən durğunluq və geriləmənin səbəbini dində görür və təbii ki, dinin loyallaşdırılması və dini qadağaların aradan götürülməsinə çalışır.  Bu gün Səudiyyədə mövcud olan dini qaydalar İslam dininə xidmət etməkdən daha çox hakim təbəqənin kütlə üzərində nəzarətinin saxlanmasına xidmət edir. Bu dövlətdə dindən cəmityyəti itaətdə saxlamaq üçün daha  geniş surətdə istifadə olunur. Dinin təsirinin zəifləməsi cəmiyyətin itaətsizliyi ilə nəticələnməyəcəkmi?

Üçüncü, Səudiyyə hakimiyyəti ideologiya –Vəhhabilik ideologiyası üzərində qurulub, bu vaxta qədər mövcud olub və mövcudluğunu sürdürür. Bu ideologiya xarici təsirlərə qarşı-xüsusilə İranın Şiə ideologiyasına qarşı ciddi mühafizə mexanizmi və silah rolunu oynayır. Bu silahın əldən verilməsi Krallığı İran qarşısında müdafiəsiz vəziyyətə salmayacaqmı? Onsuz da ölkədə mövcud olan  şiə tayfaları oranın təbii ehtiyatlarından Şiələrə pay ayrılmadığı üçün hakim qüvvələrə çox qızğındırlar və münbit şərait olan kimi öz sözlərini deyəcəklər.

Dördüncüsü, qərb dairələri Vəhhabiliyi məhz İslamı parçalamaq və onu müxtəlif qruplar arasında nifaq salmaq üçün ortaya atmışdılar və iki yüz ildən artıqdır ki, Vəhhabilikdən bu məqsədlə istifadə edirlər. Bu gün onlar İslam qarşı istifadə etdikləri mexanizmin ortadan getməsi ilə razılaşcaqlarmı?

Təbii ki, MBS çox böyük, bəlkə də həyata keçirilməsi mümkünsüz olan  vəzifən qarşısına məqsəd qoyub. Digər tərəfdən, ciddi reformaların aparılmaması da ölkənin mövcudluğunu təhdid edir. Bu dilemma necə həll olunacaq?

Əlimusa İbrahimov

Politoloq

 

 

Share: