Məğlub komandanı ölkəsində çempion kimi qarşıladılar

Rusiyanın ev sahibliyi etdiyi 2018 Dünya Çempionatında İngiltərəyə məğlub olaraq mundiala vida edən Kolumbiya millisi ölkəsinə geri qayıdıb.

Müstəqil.az xəbər verir ki, xalq milli komandanı hava limanında çempion kimi qarşılayıb.

30 000 kolumbiyalı hava limanına yığışaraq ölkəsinin təmsilçisini bayraqlar, şüarlar və bəstələrlə qarşıayıb, kilometrlərlə piyada gedərək millinin avtobusuna yoldaşlıq ediblər.

Qeyd edək ki, Kolumbiya 1/8 final mərhələsində İngiltərəyə penaltilər seriyasında 4:3 hesabı ilə məğlub olmuşdu.

Müstəqil.Az

Share: