Dənizdən iki naməlum cəsəd tapıldı

Bakının Sabunçu rayonunda dənizdə ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 kilometr aralıda nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən üç nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi cəsədi aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər ki, cəsədlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Müstəqil.Az

Share: