Müğənni Nigar Camal “Get həyatımdan” adlı mahnısına klip çəkdirib.
BakuPost xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.
Onun yeni işində tərəf müqabili Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli olub.
Nigar M. Qulubəyli ilə şəkillərini sosial şəbəkədə paylaşaraq “Maraqlı bir klip alındı” şərhini yazıb.