Mərakeş kralı ürəyindən əməliyyat olundu

Fevralın 26-da Mərakeş kralı VI Məhəmməd ürəyindən əməliyyat olunub.

Müstəqil.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yanvarın 20-də 54 yaşlı krala ürək ritminin pozulması diaqnozu qoyulub.

Cərrahiyə əməliyyatı Parisdə, “Ambruaz Pare” klinikasında keçirilib. Əməliyyatın uğurla keçdiyi bildirilir. Həkimlər pasiyentin yaxın vaxtlarda normal həyata qayıdacağını deyib.

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir