ARZULARIM
Mürgülü – mürgülü silkədi məni
Oyatdı yuxudan, kal arzularım
Gah çəkdi gecəyə,gah da gündüzə
Oldu saqqalımtək çal arzularım
Gah endi dərəyə, gah çıxdı dağa
Gahdan güllər kimi sarıldı bağa
Gahdan hop tutaraq büküldü ağa
Qaldı dodağımda lal arzularım
Dərin röyalarda tumdurdu məni
Umulmaz yerlərdən umdurdu məni
Xəyaldan – xəyala cumdurdu məni
Saldı ürəyimə xal, arzularım
Genişkən getdikcə qovuşdu ömrüm
Darısqal çağlara yovuşdu ömrüm
Ah ilə, vay ara, sovuşdu ömrüm
Döndü ağılara, bal arzularım
Bilmirəm kim oldu sonunda yiyən
Mənə yaraşmadı, özgələr giyən
Nə sən diyən oldu, nədə mən diyən
Az fikir xəyala, sal arzularım
Daim el qəmini, yiyər Qənbəri
Gec – tez ağkürkünü, giyər Qənbəri
Bir gün eşidərsiz, diyər Qənbəri
Mən getdim əlçatmaz qal, arzularım.
DAĞLAR
Yenə könlüm həvəslənir
Gələm sizdə qalam dağlar
Şövkətinə baş endirib
Edəm ərzi – Salam dağlar
Baharın yaşıl çağında
Tonqal quram ocağında
Telli sazı qucağında
Kökləyibən çalam dağlar
Sovuşmaya, bax heçə gün
Şənlik ola, xoş keçə gün
Yaylağında bir neçə gün
Sizə qonaq olam dağlar
Səhər tezdən, vaxlı duram
Mey busatlı şənlik quram
Hey hey deyib, qıyha vuram
Hər yana hay Salam dağlar
Sizdə edəm şirin yaşam
Təbiətə nağmə qoşam
Qənbər ilə qoşalasam
Dərdi – qəmin alam dağlar
GƏTİRMƏLİYƏM
Sizə gələndə, güləşüz damaq gətirməliyəm
Dərib gülüm sənə gül, bir qucaq gətirməliyəm
Düşübdü könlümə könlün, Vüsalə yetmək üçün
Edib könülləri geç – tez, adaq gətirməliyəm
Sizə gələndə, nə varsa içimdə duyğularım
Özümlə ay işığında, oyaq gətirməliyəm
Qalaq – qalaq qalanıb, el qəmi bu köksümdə
Calaq vuraq qəmə, dəmlən calaq gətirməliyəm
Bu gün nə Urmu, nə Zəncan, nə Ərdəbil, Təbriz
O sürgün tellərimizdən soraq gətirməliyəm
Qurulsun ellərə şənlik, toy olsun el – obada
Vuraq çanaq – çanağa mey, çanaq gətirməliyəm
Qış, heç bu yayda da qızmır mənim canım sənsiz
İsinməyə sən ilən, od – ocaq gətirməliyəm
Nə varsa kənd həyatında bütün silib – süpürüb
Şəfalı şəhrimizə, mən qonaq gətirməliyəm
Və birdə kənd həyatından, utancaq üz götürüb
Tikəm o gözlərinə, göz yamaq gətirməliyəm
Gələmməsəm də inan, Qənbəri yolun gözlər,
Önündə kəsməyə Qurban, bıçaq gətirməliyəm
ƏKBƏR QƏNBƏRİ






















