Lütfəli Abdullayevin arvadının ilk əri kim olub?

O,HANSI MƏŞHUR ŞAİRİN ARVADI İLƏ EŞQBAZLIQ EDİRMİŞ

Məşhur komediya aktyoru Lütfəli Abdullayev həyat yoldaşı Sevda Pipnova ilə ailə qurmazdan öncə evli olub. Məşhur aktyorun ilk izdivacdan bir oğlu da vardı.

Komediya aktyorunun ikinci həyat yoldaşı olan Sevda xanım dövrünün tanınmışlarından olan Əhməd Pepinovun qızı idi. Lütfəli Abdullayevlə ailə qurmazdan öncə o da  da ailəli olmuşdu. Cəmi üç ay ərdə olduqdan sonra boşanmışdı.

Yəqin oxucularımıza da maraqlı olar, niyə bu gənc və müasir qızın evlilik müddəti cəmi üç ay sürmüşdü və onun ilk həyat yoldaşı kim idi?

Sevda Pepinova özü bu haqda xatirələrində ətraflı yazıb. Lakin xatirələrini dərc etdirməsə də bu haqda bütün şəhər bilir və danışırdı. Hər kəs yaxşı bilirdi ki, Sevda xanımın birinci əri o vaxt Bakıda çox gözəl, yaraşıqlı və olduqca özünəgüvən oğlan sayılan, əslən Dərbənddən olan gənc zabit imiş.

O, sonralar Moskva DTK-sında işlədi, yaxın illərdə öldü.

Lütfəlinin arvadı olacaq Sevda Pepiniva 3 aylıq ailə həyatına son qoymasına səbəb olan hadisəni xatirələrində ürəkağrısı ilə qələmə alır.

Gözəlliyi və yaraşığı ilə Bakıda məşhur olan, adı dillərdən düşməyən zabit  dövrünün və bu günün  məşhur olan şairinin həyat yoldaşı ilə  gizli eşqbazlıq edirmiş. Bu gizlilik formal xarakter daşıyırmış, əslində isə bu eşqbazlığı aşkar olaraq bütün ölkə bilirmiş.

Söz söhbət o qədər böyüyür ki, bu məsələdən Mir Cəfər Bağırov da xəbər tutur və çox əsəbiləşir. O, gənc zabiti yanına çağırır, hədələyib qorxuzur, əməllərinə son qoymasımı tələb edir. Gənc zabit Mir Cəfər Bağırovun sözü heç vaxt havaya demədiyini gözəl bilirdi. Ona görə də xidmətini Moskvaya dəyişməklə, əslində Respublikadan qaçır.

Bütün bunlar S. Pepinovun xatirələrində yer alıb. Və bu qaçış sonralar olacaqdı.

Bəs bu tanışlıq necə olur? Necə tanış olmaları haqda məlumat belədir; Zabit oğlan Lütfəli Abdullayevin gələcək xanımını qatarla Moskvadan Bakıya qayıdanda  görür. Sevda xanım konservatoriyada dekan işləyiəyən xalası ilə Şimali Qafqaz kurortlarından evə qayıdırmışlar. Bu zaman gözəl və yaraşıqlı oğlan xala ilə görüşüb yaxın tanış kimi söhbət edir. Onlar danışdıqca qız gözünü oğlandan çəkə bilmir. Onun boyuna-buxununa, yaraşığına və özünü səlis ifadə etməsinə vurğunluqla baxır. Xala bunu sezdikdə gülə-gülə: Gör necə gözəlsən ki bizim cavan qız səndən gözün ayıra bilmir, deyir.

Və gənclər beləcə tanış olur. Səhərisi gün gənclər şəhərdə görüşürlər. Sevda xanım xatirələrində yazır ki, onun şairın arvadı ilə eşq macərası dillərdə dastan idi. Amma mən ona elə vurulmuşdum ki, dayana bilmədim, bu heç mənim ağlıma da gəlmirdi ki, onu qısqanım.

 

“Çox keçmədi evləndik… Elə evliliyin ilk günlərindən gördüm ki, bu adamın mənə heç marağı yoxdur. Başa düşdüm ki, onun şairin arvadı ilə əlaqələri davam edir”.

Nə qədər mücadilə edib, özümü sevdirməyə çalışsa da, dava edib küssədə faydası olmur:

“Axırı bezdim. O, evdə olmayanda masanın daim qıfıllı olan bir gözünü aça bildim. Burada şairin arvadının arxasını yazıb oğlana verdiyi şəkilləri və yazdığı eşq məktubları vardı… O məktubları oxudum, elə açıq sözlər vardı ki, dəhşətə gəldim və evdən çıxdım”.

Sevda xanım Pepinova bundan az sonra Lütfəli ilə rastlaşır. Sevda xanımla tanışlıqdan sonar Lütfəli də arvadından boşanır. Evlənirlər.

Sevda xanımın atası Axıska türkü,  anası isə Həsən bəy Ağazadənin qızı olub. Həsən bəyin arvadı, Sevda xanımın anası tatar qızı idi.

O göyçək mayor da sonradan Moskvada yaşayıb orad xidmət edib

Məşhur şairin həyat yoldaşı, DTK zabitinin sevgilisi olan xanım da əslən Dərbənddən idi. ADR qurulanda Dərbənddəki qarışıqlıqlardan ata-anası başlarını götürüb Bakıya gəlmişdilər.

Söz-söhbət gəzirdi ki, DTK zabitinin məşhur şairin arvadı ilə eşqbazlıq etməsində bu yerliçilik və şairin DTK tərəfindən izlənilməsinin məhz ona tapşırılçasının da rolu olub.
Faiq Balabəyli

 

 

Share: