Lunyov “Qarabağ”dan gedəcək?

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov futbolçunun Almaniya “Bayer”inə qayıtma ehtimalından danışıb.

“Qafqazinfo” xəbər verir ki, o “Legalbet”ə açıqlamasında əvvəlcə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Bayer”ə qarşı keçirəcəyi matça toxunub:

“Qarabağ”ın oktyabrın sonunda səfərdə “Bayer”ə qarşı necə oynayacağını görmək çox maraqlı olacaq. Andrey qrup liderinə, üstəlik keçmiş komandasına qarşı oynayacaq. “Bayer” yeni mövsümdə inanılmaz nəticələr göstərir, çoxlu qollar vururlar. Bu matç əsl sınaqdır”.

Smirnov Leverkuzendə Lunyovu unutmadıqlarını bildirib: “Klubun idman direktoru Simon Rolfes onun haqqında soruşur, mən qapıçının seyvlərinin bəzilərini göndərirəm. Andreyin Bundesliqaya qayıtmaq şansı varmı? Bütün təkliflər kluba təqdim edilməlidir. Onun “Qarabağ”la müqaviləsi var. İndi hansısa təklifdən danışmaq düzgün deyil”.

Qeyd edək ki, 2021-ci ildən “Bayer”də çıxış edən Andrey Lunyov bu yay Leverkuzen təmsilçisindən ayrılıb. O, avqust ayında  “Qarabağ”a keçib.


Share: