Lukaşenko və övladları belə aradan götürüləcəkdi

Övladlarıma sui-qəsd etməyi planlaşdıran bir qrup saxlanılıb.

Müstəqil.Az  xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Sui-qəsd planı böyük ehtimalla Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanıb. Onların Minskə gələrək mənim və uşaqlarımın həyatına qəsd təşkil etmək istəklərini aşkarladıq”, – Lukaşenko vurğulayıb.

Eyni zamanda, Rusiya Federal Təhlükəsizlik Xidməti Belarusda hərbi çevriliş hazırlayan iki nəfərin həbs olunduğunu açıqlayıb:

“Rusiya Federal Təhlükəsizlik Xidməti Belarus Respublikası Dövlət Təhlükəsizliyi Komitəsi ilə birlikdə xüsusi əməliyyat keçirib və nəticədə ABŞ və Belarus vətəndaşı olan Yuri Leonidoviçin qanunsuz fəaliyyətini aşkarlayıb. Məlum olub ki, Yuri Leonidoviç Belarus Respublikası vətəndaşı Aleksandr İosoviç Feduta ilə yerli və Ukrayna millətçilərinin iştirakıyla ölkədə hərbi çevriliş vasitəsilə Lukaşenkonun fiziki olaraq aradan götürülməsini planlaşdırıblar. Çevriliş isə Minskdə 9 May Qələbə Günü paradında reallaşdırılacaqdı”.

Müstəqil.Az 

Share: