“Louis Vuitton”un yeni reklam çarxı ukraynalılar tərəfindən tənqidə tuş gəldi – VİDEO

“Louis Vuitton” Rusiyaya rəğbət bəsləməkdə, eləcə də Ukraynadakı müharibəyə dəstək verməkdə ittiham olunub.

Fransa dəb evi yeni qadın kolleksiyasının təqdimatı üçün promo video yayımlayıb və bu, sosial şəbəkənin ukraynapərəst istifadəçilərinin tənqidinə tuş gəlib.

Məsələ burasındadır ki, videoda üç rəngdə – ağ, mavi və qırmızı bayraqdan istifadə olunub. Bu azmış kimi parça böyük qara V hərfi ilə bəzədilib.

Ukraynalı internet istifadəçiləri bunun müharibəyə dəstəkdən başqa bir şey olmadığını bildiriblər. Belə ki, ağ, mavi və qırmızı Rusiya dövlət bayrağının rənglərini, V hərfi isə bu ölkənin Ukraynada apardığı əməliyyatın rəmzi işarələrindən birini təmsil edir.

Share: