Londonun Moskvadan niyə qorxduğu üzə çıxdı

Moskva Rusiyadan deportasiya edəcəyi 23 ingilis diplomat arasında olan casusların adını ictimaiyyətə təqdim edə bilər.

Müstəqil.Az xəbər verir ki, bu məlumatı “İndependent” qəzeti yayıb.

“Deportasiya ediləcək 23 diplomat arasında Britaniya Xarici Kəşfiyyat Xidmətinin (Mİ6) casusları da var. London bu şəxslərin adının Moskva tərəfindən geniş ictimaiyyətə təqdim edilməsindən narahatdır. Moskvanın bunun üçün “Vikiliks” tipli saytlardan istifadə edəcəyi güman olunur”, – deyə qəzet bildirib.

Ülkər

Share: