London hava limanı II Elizabetin dəfn mərasiminə görə uçuşları ləğv edib

Londonun Hitrou hava limanı Britaniya kraliçası II Elizabetin dəfn mərasimi ilə üst-üstə düşən uçuşları ləğv edib.

Bu, təyyarələrdən gələn səs-küyün monarxın dəfn mərasiminə mane olmaması üçün edilib.

Məlumata görə, 100-dən çox reys ləğv edilib.

Qeyd edək ki, II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Vestminsterdə keçiriləcək.

Mənbə: rossaprimavera.ru

Share: