Liviyalı diplomat: “Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur”

“Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur. Merdinli kəndində müsəlmanların ibadət yerini -məscidi tövlə kimi istifadə ediblər. Bu əsl vandalizm aktıdır”.

Müstəqil.Az bildirir ki, bunu Füzuli rayonunun işğaldan azad olunan Merdinli kəndinə səfər edən Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm deyib.

Diplomat bildirib ki, məscidə daxil olanda onun divarlarında təhqiramiz şəkillər görüb: “Bu addım bütün müsəlmanların dini hisslərini təhqir edir. Nəhayət ki, haqq öz yerini tapdı, Azərbaycan torpaqları işğaldan azad olundu. Mən bütün müsəlmanları buradakı dini abidələrin bərpasına yardıma dəvət edirəm”.

Müstəqil.Az

Share: