Livandan İsrailə tank əleyhinə raket atılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail Müdafiə Qüvvələri daha bir tank əleyhinə raketin Livandan atıldığını bildirib.

Məlumata görə, bu raket şimaldakı Marqaliot icması yaxınlığındakı hərbi posta atılıb.

Qeyd olunur ki, bu, gün ərzində “Hizbullah” terror qruplaşması tərəfindən həyata keçirilən ikinci raket hücumudur.

İtkilər barədə məlumat verilmir.

Mənbə: timesofisrael

Share: