Litva müdafiə naziri istefa verə bilər

Litvanın müdafiə naziri Arvidas Anuşauskas istefa vermək niyyətindədir.

xəbər verir ki, bu barədə LRT radiostansiyası mənbələrə istinadən bildirir.

Qeyd olunur ki, ölkə prezidenti Gitanas Nauseda bu gün Anuşauskasla görüşəcək.

Bildirilib ki, görü. üçün nazir özü müraciət edib.

Bundan əvvəl Anuşauskas Litvanın öz silahlı qüvvələrinin deyil, NATO-nun təlim missiyalarını Ukraynaya göndərməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı ölkələrində Ukraynanın necə və hansı formada dəstəklənməsinə dair konsensus yoxdur.

Share: